Tramp: Gələn həftə onlara çox ağır zərbə endirəcəyik



ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazındakı gərginliyə toxunaraq, ehtiyac yaranacağı təqdirdə hərbi müdaxilə edəcəklərini bildirib.

AFN.az xəbər verir ki, "Fox News" telekanalına müsahibə verən Tramp gələn həftə üçün "onlara çox ağır zərbə endirəcəyik" mesajını paylaşıb.

Müsahibəsində bölgədəki ABŞ personalının təhlükəsizliyi üçün hər cür hərbi variantın masada olduğunu qeyd edən dövlət başçısı "Nələrin baş verəcəyini hamımız birlikdə görəcəyik" deyə əlavə edib. Prosesin gedişatı ilə bağlı nikbinliyini ifadə edən Tramp, əməliyyatların miqyası barədə danışarkən gələn həftənin olduqca şiddətli keçəcəyini vurğulayıb.

Qeyd edək ki, Tramp günün erkən saatlarında "Truth Social" platformasındakı hesabından etdiyi paylaşımda İranın hərbi dəniz və hava qüvvələrinin, raketlərinin, pilotsuz uçuş aparatlarının böyük ölçüdə məhv edildiyini, eləcə də ölkə rəhbərinin öldürüldüyünü iddia etmişdi.

ABŞ-ın 47-ci prezidenti kimi bənzərsiz atəş gücünə və məhdudiyyətsiz sursata malik olduqlarını bildirən Tramp, 47 ildir dünyada günahsız insanları qətlə yetirənlərə qarşı bu addımı atmağın onun üçün böyük şərəf olduğunu ifadə edib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu