Tramp: Si Cinpin 200 ədəd "Boeing" təyyarəsi sifariş etməyə razılaşıb
ABŞ Prezidenti Donald Tramp "Fox News" telekanalına müsahibəsində bildirib ki, Çin rəhbəri Si Cinpin ABŞ-dan 200 ədəd böyük reaktiv təyyarə sifariş etməyə razılıq verib.
AFN.az xəbər verir ki, Tramp bu addımı Çin liderinin rəsmi öhdəliyi kimi qiymətləndirib və bunun ABŞ-da çoxlu sayda yeni iş yerinin açılması demək olduğunu vurğulayıb. Ağ ev rəhbəri aerokosmik nəhəngin ilkin olaraq daha az sayda sifariş gözlədiyini də diqqətə çatdırıb.
Trampın sözlərinə görə, "Boeing" şirkəti əslində 150 təyyarənin satılmasını istəsə də, aparılan danışıqlardan sonra Si Cinpin bu rəqəmi 200-ə çatdırıb. ABŞ Prezidenti Çin tərəfinin bu bəyanatının yaxın vaxtlarda satınalma prosesinə başlamaq üçün tam bir zəmanət olduğunu qeyd edib.
