ÜST: Avropada temperatur qlobal ortalamadan təxminən 2 dəfə sürətlə artır
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus Avropadakı temperaturun qlobal ortalamadan təxminən 2 dəfə sürətlə artdığını və qitədəki isti hava dalğası səbəbindən insanların sağlamlığının risk altında olduğunu bildirib.
AFN.az xəbər verir ki, Qebreyesus Avropada təsirli olan isti hava dalğası ilə bağlı "X" platformasındakı hesabından paylaşım edib.
"Avropadakı isti hava dalğası məktəblərin bağlanmasına və insanların sağlamlığının risk altına düşməsinə səbəb olur" ifadəsini işlədən Qebreyesus Avropa daxilində temperaturun qlobal ortalamadan təxminən iki dəfə sürətlə yüksəldiyinə dair məlumatların mövcudluğuna diqqət çəkib.
Qebreyesus Avropadakı bu vəziyyətin gələcəkdə anomal istilərin ehtimalını və şiddətini artırdığını qeyd edib.
Tədbirlərin görülməsi üçün daha çox gecikməyə dözümlərinin olmadığını vurğulayan Qebreyesus "Liderlər iqlim dəyişikliyinə davamlı səhiyyə sistemlərinə investisiya qoyuluşuna prioritet verməklə yanaşı, iqlim fəaliyyətini sürətləndirməli və iqlim böhranının səbəblərini azaltmalıdırlar" ifadələrindən istifadə edib.

