Vens: ABŞ və İsrail İranla nizamlanma yolunu fərqli görürlər
ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens bəyan edib ki, Vaşinqton və İsrail arasında İrana münasibətdə son məqsədlər baxımından deyil, onlara nail olmaq üsulları ilə bağlı fikir ayrılıqları ola bilər.
AFN.az xəbər verir ki, "Fox News" telekanalına müsahibəsində Vens iki ölkənin hədəflərində prinsipial fərq görmədiyini, lakin yanaşmalarda fərqliliklərin olduğunu etiraf edib.
"Məqsədlərdə bir fərqliliyin olub-olmadığını bilmirəm. Bəzən sadəcə bu məqsədlərə necə nail olmaq barədə fikir ayrılığı yaranır. Amerika Birləşmiş Ştatlarının Prezidenti, İsrail hökumətinin bəzi nümayəndələrinin mövqeyinin əksinə olaraq, bu danışıqlara şans verəcəyimizi bəyan edib", – deyə o bildirib.
