Niderland Ukrayna HHQ-yə "Alkmaar" tipli mina əleyhinə gəmi təhvil verib


Ukrayna Hərbi Dəniz Qüvvələri (HDQ) Niderlanddan daha bir mina əleyhinə gəmi qəbul edib.

AFN.az xəbər verir ki, bu barədə Ukrayna HDQ-nin komandanı Aleksey Neijpapa özünün "Facebook" hesabında məlumat paylaşıb.

"Dəniz imkanları koalisiyası çərçivəsində niderlandlı tərəfdaşlar Ukrayna Silahlı Qüvvələrinin Hərbi Dəniz Qüvvələrinə "Alkmaar" sinfinə aid mina axtaran gəmi təhvil veriblər", - deyə o qeyd edib.

Komandanın sözlərinə görə, bu təhvil-təslimdən sonra Ukrayna HDQ-nin tərkibindəki mina əleyhinə gəmilərin sayı 5-ə çatıb. Neijpapa əlavə edib ki, bundan əvvəl Böyük Britaniya Ukraynaya "Sandown" sinfindən olan "Çerkassı" və "Çerniqov" gəmilərini, Belçika və Niderland isə "Alkmaar" sinfindən olan "Melitopol" və "Mariupol" gəmilərini təqdim etmişdi.

Məlumatda o da bildirilir ki, Niderland ukraynalı hərbçilərin təlimində də yaxından iştirak edir. 2022-ci ildən bəri bu ölkənin dəstəyi ilə Ukrayna Silahlı Qüvvələrinin təxminən 60 min hərbi qulluqçusu hazırlıq keçib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu