Brent nefti 93,24 dollardan satılır



Brent markalı neftin barreli beynəlxalq fyuçers bazarlarında 93,24 dollardan satılır.

AFN.az xəbər verir ki, ötən gün 98,08 dollara qədər yüksələn Brent markalı neftin barrel qiyməti günü 94,25 dollardan başa vurub.

Brent markalı neftin fyuçers barrel qiyməti bu gün saat 10:30-a olan məlumata görə, bağlanış qiyməti ilə müqayisədə təxminən 1,1 faiz azalaraq 93,24 dollar təşkil edib.

Eyni dəqiqələrdə Qərbi Texas növü (WTI) xam neftinin barreli isə 89,93 dollardan alıcı tapıb.

Neft qiymətlərinin geriləməsində ABŞ ilə İran arasında diplomatik həll ehtimalının güclənməsi və Yaxın Şərqdə gərginliyin daha da artmayacağına dair gözləntilər təsirli olub.

Bazarlardakı nikbinliyi dəstəkləyən digər bir hadisə isə Livan Prezidenti Cozef Avnın açıqlamaları olub.

Digər tərəfdən, ABŞ Mərkəzi Bankının Nyu-York Filialı tərəfindən yayımlanan may ayı İstehlakçı Gözləntiləri Sorğusuna əsasən, ölkədə qısamüddətli inflyasiya gözləntisi 3,5 faizə geriləyib.

Ekspertlər dünyanın ən böyük neft istehlakçısı olan ABŞ-da inflyasiya təzyiqlərinin zəifləməsinin ABŞ Mərkəzi Bankının (FED) növbəti dövrdə faiz endirimlərini nəzərdən keçirməsinə şərait yarada biləcəyini qeyd edirlər.

Daha aşağı faiz dərəcələrinin iqtisadi fəallığı və yanacaq tələbini dəstəkləyə biləcəyi gözləntisi isə neft qiymətlərindəki düşüşü məhdudlaşdırır.

Brent markalı neftdə texniki olaraq 94,16 dolların müqavimət, 92,48 dolların isə dəstək zonası kimi izlənilə biləcəyi qeyd olunur.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu