ABŞ-da Texasdan sonra Nyu-Meksikoda da heyvanda ətyeyən parazit aşkarlandı



ABŞ-ın Texas ştatında 60 ildən sonra bir heyvanda ətyeyən parazit kimi tanınan "Yeni Dünya Vida Qurdu"nun (NWS) müəyyən edilməsindən sonra bu parazitə Nyu-Meksiko ştatında da rast gəlinib.

AFN.az xəbər verir ki, ABŞ Kənd Təsərrüfatı Nazirliyi (USDA) yaydığı bəyanatda Texasın ardından Nyu-Meksiko ştatında da NWS parazitinin qeydə alındığını təsdiqləyib.

Qurumun açıqlamasında bu parazitin Texas ştatında 3 buzov və 1 keçidə, həmçinin Nyu-Meksikonun Lea dairəsində isə bir itdə aşkarlandığı qeyd olunub.

Nyu-Meksiko ştatının baş baytar rəsmisi Samanta Holek it sahibinin yaşadığı evin ətrafında araşdırma aparıldığını və yoluxmuş digər milçəklər tapılacağı təqdirdə bölgədəki monitorinqlərin daha da genişləndiriləcəyini bildirib.

Florida Universitetinin entomoloqu Edvard Börcess isə yaxın günlərdə yeni yoluxma hallarının üzə çıxa biləcəyi ilə bağlı xəbərdarlıq edib.

Qeyd edək ki, ABŞ-da iyunun 4-də Texasın Meksika sərhədindən təxminən 48 kilometr uzaqlıqda yerləşən La Pryor qəsəbəsində bir buzovun göbək nahiyəsində ətyeyən parazit aşkarlanmışdı və bunun 1966-cı ildən bəri bir heyvanda görünən ilk NWS paraziti olduğu bildirilmişdi.

Parazitlərin yayılmasının qarşısını almaq məqsədilə bölgəyə milyonlarla sonsuzlaşdırılmış vida qurdu milçəyi buraxılması üçün hazırlıqlara başlanılıb.

Yalnız bir dəfə cütləşmə xüsusiyyətinə malik olan dişi milçəklərin bu üsulla mayalanmamış yumurta qoyması və beləliklə, yeni sürfələrin yaranmasının qarşısının alınması hədəflənir.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu