Nyu-Meksiko ştatında meşə yanğını səbəbindən 7 min insan təxliyə ediləcək


ABŞ-ın Nyu-Meksiko ştatında meşə yanğınının sürətlə yayılması səbəbindən 7 min insanın təxliyəsi qərara alınıb.



Nyu-Meksikoda yerləşən "Koat" xəbər kanalının məlumatına görə, ştatın Ruidoso kəndinin meşə sahəsində baş verən yanğın sürətlə yayılır.

Səlahiyyətlilər 7 min insandan əşyalarını toplamadan evlərini tərk etmələrini istəyib.

Təxminən 5 kvadratkilometr ərazini əhatə edən yanğın nəticəsində kəndin bir hissəsinə elektrik enerjisi verilişi təhlükəsizlik məqsədilə kəsilib.

Kənddən 121 kilometr aralıda yerləşən Rosvel şəhərində çoxlu təxliyə mərkəzləri yaradılıb.

Yanğın nəticəsində yaranan tüstü səbəbindən Ruidoso kəndi və onun ətrafında havanın keyfiyyətinin pisləşdiyi qeyd edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu