Filippin sahillərində 8,1 maqnitudalı zəlzələ baş verib, sunami təhlükəsi var


Filippinin cənubundakı Mindanao adası sahillərində maqnitudası 8,1 (bəzi beynəlxalq seysmoloji mərkəzlərin məlumatına görə 7,8) olan çox güclü zəlzələ qeydə alınıb.

AFN.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.

Yeraltı təkanların epidemri təxminən 697 min nəfər əhalisi olan Xeneral-Santos (General Santos) şəhərindən 51 km şimalda, ocağı isə yerin 10 km dərinliyində yerləşib.

İlkin məlumatlarda itki və dağıntılar barədə məlumat verilməsə də, rəsmi qurumlar artıq bölgədə dağılan binaların, ticarət mərkəzlərinin və məktəblərin olduğunu, həmçinin xəsarət alanların və dağıntılar altında qalanların olduğunu bildirirlər.

Güclü zəlzələdən dərhal sonra Filippin, İndoneziya, Malayziya və Yaponiya sahilləri üçün sunami xəbərdarlığı elan edilib. Sahilyanı ərazilərdə yaşayan əhaliyə dərhal hündür yerlərə təxliyə olunmaq tövsiyə edilib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu