ABŞ-da Haitidən gələn və göyərtəsində 240 miqrant olan gəmi saxlanılıb


ABŞ rəsmiləri Haitidən gəldiyi təxmin edilən və göyərtəsində 240 qeyri-qanuni miqrantın olduğu sərnişin qayığını saxlayıblar.

AFN.az xəbər verir ki, bu barədə ABŞ Gömrük və Sərhəd Mühafizə Xidmətinin rəhbəri Rodni Skott "X" sosial şəbəkəsindəki hesabında məlumat paylaşıb. Rəsmi şəxs bildirib ki, hava patrul agentləri tərəfindən aşkarlanan həddən artıq yüklənmiş və su dolan gəmi batma təhlükəsi ilə üz-üzə qalıb.

Skott ABŞ-a qeyri-qanuni yollarla miqrasiya cəhdlərinin təhlükəli olduğunu və ölkəyə daxil olmağa heç bir zəmanət vermədiyini vurğulayıb.

Qeyd edək ki, ABŞ-ın İmmiqrasiya və Gömrük Mühafizə Xidmətinin (ICE) rəhbəri vəzifəsini icra edən Devid Venturella "Breitbart News" portalına verdiyi müsahibədə bildirib ki, 2025-ci ilin yanvarında Prezident Donald Trampın hakimiyyətə gəlişindən bəri 900 mindən çox qeyri-qanuni miqrant ölkədən məcburi şəkildə çıxarılıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu