Romada hərbi parada hazırlıq zamanı atlar qaçıb: yaralılar var
İtaliyada 2 İyun Respublika Günü münasibətilə keçirilən hərbi paradın məşqi zamanı gözlənilməz hadisə baş verib. Atlı dəstələrin hazırlığı zamanı hürən heyvanlar nəzarətdən çıxaraq magistral yola axışışıblar.
AFN.az "La Repubblica" qəzetinə istinadən xəbər verir ki, hadisə nəticəsində ciddi xəsarət alan atlardan biri yerindəcə güllələnib (təlaf olunub). İlkin versiyaya görə, heyvanların qəfil hürkməsinə və panikaya düşməsinə yaxınlıqda atılan atəşfəşanlıq (fişəng) səbəb olub. Hazırda polis və karabinerlər videomüşahidə kameralarının qeydlərini araşdırır.
İnsident zamanı dörd nəfər xəsarət alıb ki, onlardan da ikisinin — bir qadın hərbçinin və bir polis əməkdaşının vəziyyəti ağırdır. Bundan əlavə, təxminən 15 ata təcili baytarlıq yardımı göstərilib. "Kolombo" daxili magistral yoluna çıxan atlar paytaxtda nəqliyyatın hərəkətində ciddi fasilələrə və yol qəzalarına yol açıb.

