Pentaqon rəhbəri Ukraynaya yardımı davam etdirəcəklərini bəyan edib


ABŞ-ın müdafiə naziri Pit Heqset Sinqapurda keçirilən "Şanqri-La Dialoqu" təhlükəsizlik forumunda Vaşinqtonun Ukraynaya dəstəyini davam etdirəcəyini və ölkənin Rusiyanın zərbələrindən qorunması üçün yollar axtarılacağını bildirib.

AFN.az "Reuters"ə istinadən xəbər verir ki, Kiyevin hava hücumundan müdafiə (HHM) sistemlərinin gücləndirilməsi barədə sorğularını cavablandıran nazir ABŞ-ın silah və sursat istehsalını artırdığını qeyd edib. Bununla belə, Heqset Vaşinqtonun eyni zamanda avropalı müttəfiqlərdən də Kiyevə dəstək məsələsində daha böyük fəallıq gözlədiyini vurğulayıb.

Pentaqon rəhbəri yeni konkret yardım paketləri və ya HHM sistemlərinin tədarükü barədə təfərrüatları açıxlamaıyıb, lakin ABŞ-ın Ukraynanın müdafiə imkanlarını təmin etmək üçün "yollar axtaracağını" diqqətə çatdırıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu