Pentaqon söz verdi: Ukraynanın hava hücumundan müdafiə sistemləri naminə hər şey ediləcək
Birləşmiş Ştatlar Ukraynanın Hava Hücumundan Müdafiə (AD) sistemlərini işlək vəziyyətdə saxlamaq üçün lazım olan hər şeyi etməyə davam edəcək.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, belə bir vədlə ABŞ müdafiə nazirinin müavini Kolin Kahl çıxış edib. "Biz həm sovet mirası olan hava hücumundan müdafiə sistemlərinin işləməsini təmin etmək, həm də Ukraynaya gələn Qərb sistemlərinin döyüşdə qalmasını təmin etmək üçün lazım olan hər şeyi edirik", - deyə Pentaqonun sözçüsü bildirib.
Ukrayna Prezident ofisi rəhbərinin müşaviri Mixail Podolyak bildirib ki, Ukrayna hakimiyyəti Qərb ölkələri ilə mərkəzləşdirilmiş hava hücumundan müdafiə mexanizmi yaratmaq üzərində işləyir.