Pentaqon rəhbəri Putin–Tramp görüşündə iştirak edə bilər

Pentaqon rəhbəri Pit Heqset Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında Alyaskada keçiriləcək görüşdə iştirak edə biləcəyini istisna etməyib.
AFN.az xəbər verir ki, Heqset bu barədə "Fox News"-a müsahibəsində danışıb.
Tramp və Putin arasında keçiriləcək görüşdə iştirak edib-etməyəcəyi ilə bağlı suala Pentaqon rəhbəri belə cavab verib: “Bilmirəm. Baxacağıq, qrafikim necə olacaq. Bəlkə də iştirak etdim”.