Brent neftinin bir bareli 110,14 dollardan satılır



Brent markalı neftin bir bareli beynəlxalq fyuçers bazarlarında 110,14 dollara təklif olunur.

AFN.az xəbər verir ki, dünən 111,79 dollara qədər yüksələn Brent neftinin bir barelinin qiyməti günü 110,98 dollarla tamamlamışdı.

Brent neftinin fyuçers qiyməti bu gün saat 10:30 etibarilə bağlanışla müqayisədə təxminən 0,7 faiz azalaraq 110,14 dollar təşkil edib. Eyni dəqiqələrdə Qərbi Texas (WTI) markalı xam neftin bir bareli 103,19 dollardan alıcı tapıb.

Qiymətlərdəki qismən azalmaya ABŞ Prezidenti Donald Trampın İranla müharibənin çox qısa müddətdə sona çatacağına dair açıqlamalarının bazarlarda təkliflə bağlı narahatlıqları azaltması səbəb olub.

Bununla yanaşı, Hörmüz boğazı ətrafındakı hadisələr neft bazarlarında təklif narahatlıqlarını canlı tutmağa davam edir.

Digər tərəfdən, İran müharibəsi qaynaqlı təklif kəsintiləri ilə yanaşı ABŞ-da xam neft ehtiyatlarında azalmaya işarə edən məlumatlar da bazarların diqqət mərkəzindədir.

Amerika Neft İnstitutu ABŞ-da xam neft ehtiyatlarının ötən həftə əvvəlki həftəyə nisbətən 9 milyon 100 min barel azaldığını açıqlayıb.

ABŞ Enerji İnformasiya Administrasiyasının gün ərzində rəsmi ehtiyat məlumatlarını açıqlaması gözlənilir.

Brent neftində texniki olaraq 110,73 dolların müqavimət, 108,89 dolların isə dəstək bölgəsi olaraq izlənilə biləcəyi qeyd edilir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu