Liviyada səhrada 5 gündür itkin düşən gənc sağ tapıldı
Liviyanın şimal-şərqindəki səhrada 5 gündür itkin düşən Mərvən əl-Bəhici xilasetmə qrupları tərəfindən xarab olmuş avtomobilinin yanında sağ tapılıb.
AFN.az xəbər verir ki, Liviya mediasında yer alan məlumatlara görə, Bəhicinin tapılması üçün 5 gündür davam etdirilən axtarış işləri nəticə verib.
Bəhicinin Ecara bölgəsinin şərqindəki səhrada sıradan çıxmış nəqliyyat vasitəsinin yanında sağ-salamat aşkar edildiyi bildirilib.
Liviyalı gənc Bəhicinin tapılması üçün sosial şəbəkələrdə kampaniya başladılmış, hərbi helikopterin də cəlb olunduğu axtarış tədbirlərinə xilasetmə qrupları ilə yanaşı, çox sayda könüllü də səfərbər edilmişdi.
Sosial mediada Bəhicinin qruplar tərəfindən sağ tapıldığı anlara dair görüntülər paylaşılıb.

