İspaniyada tufan və daşqın olub - İtkin düşənlər var


İspaniyanın cənub və şərqini vuran tufan və sel nəticəsində 4 nəfər həlak olub, çoxlu sayda avtomobili sel suları aparıb, bəzi binaların damları uçub.



İspaniyanın cənub və şərqinə təsir edən əlverişsiz hava şəraiti tufan və daşqınlara səbəb olaraq bölgədəki həyata mənfi təsir edib. Fırtına səbəbiylə bir çox yol nəqliyyata bağlansa da, qatar səfərləri də ləğv edilib.

Bildirilib ki, ölkənin şərqindəki Albasete şəhərinin Letur qəsəbəsində çoxlu sayda insanı sel suları aparıb. Letur Bələdiyyə Başçısı Sergio Marin Sançez verdiyi açıqlamada axtarış-xilasetmə qruplarının itkin düşən üç və ya dörd nəfəri axtardığını bildirib.

Valensiyanın şərqindəki L'Alcudia qəsəbəsində polis sel suları nəticəsində itən şəxsin axtarışlarının davam etdiyini bildirib.

Əndəlus bölgəsində leysan yağışlar nəticəsində 276 sərnişini daşıyan sürət qatarı relsdən çıxıb. Qəzada can itkisi və yaralanan olmasa da, axtarış-xilasetmə qrupları seldə qalan sərnişinləri helikopterlərin köməyi ilə təxliyə edib.

İspaniyanın hakimiyyət orqanları bölgədə əlverişsiz hava şəraitinin davam edəcəyi gözlənildiyi üçün vətəndaşları diqqətli olmağa çağırıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu