Səhrada itən 14 nəfərin cəsədi tapılıb


Əlcəzairdə Liviya sərhədinə yaxın səhra bölgəsində itən 14 nəfərin cəsədi tapılıb.



Əlcəzair mərkəzli qeyri-hökumət təşkilatı Axtarış və Xilasetmə Dərnəyinin Facebook hesabından verilən açıqlamada Liviya ilə həmsərhəd İlizi əyalətində səhrada itən 12-si Suriya vətəndaşı olan 14 nəfərin ölü tapıldığı bildirilib.

Belkubur bölgəsində tapılan yaşları 10-57 arasında olan 14 nəfərin cəsədi İlizi vilayətinin Burc Ömer İdris bölgəsindəki morqa aparılıb.

Suriyanın Əlcəzair səfirliyindən verilən yazılı açıqlamada səhrada cəsədi tapılan 12 nəfərin suriyalı olduğu təsdiqlənib.

Məsələ ilə bağlı Əlcəzair rəsmilərindən hələlik heç bir açıqlama verilməyib.

Bildirilir ki, Əlcəzairin mərkəzi və cənub bölgələrindəki səhra bölgələrində son həftələrdə temperatur 50 dərəcəyə çatıb.

Qeyd edək ki, Əlcəzairin cənub əyalətləri qeyri-qanuni yollarla Afrikadan Avropaya keçməyə çalışan marşrutlardan biri kimi tanınır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu