Filippin Senatında atışma səsləri
Filippin Senatının binasında azı 5 dəfə atəş səsi eşidilib.
AFN.az xəbər verir ki, "Reuters" müxbirinin hadisə yerindən verdiyi məlumata görə, silah səslərindən sonra binadakı insanlara təhlükəsiz yerlərdə gizlənmək tapşırılıb.
Hadisə Beynəlxalq Cinayət Məhkəməsi (BCM) tərəfindən axtarışa verilən senator Ronald dela Rosanın həbsi ilə bağlı yaranmış gərginlik fonunda baş verib. Hazırda əraziyə hərbi qüvvələrin cəlb olunduğu və binada ciddi xaosun hökm sürdüyü bildirilir.


