ABŞ 6 ayda ilk dəfə Cənubi Koreyaya təyyarədaşıyan gəmi göndərdi


ABŞ-ın 6 aydan sonra ilk dəfə bölgəyə göndərdiyi “USS Ronald Reagan” təyyarədaşıyan gəmisinin Cənubi Koreyaya çatdığı bildirilib.



Cənubi Koreya Müdafiə Nazirliyi Busan limanında lövbər salan ABŞ təyyarədaşıyan gəmisi ilə bağlı açıqlama verib.

Açıqlamada, "USS Ronald Reagan"ın oktyabrın 16-na qədər Cənubi Koreyada qalacağı bildirilib və həmçinin sözügedən gəminin ölkəyə gələn "USS Nimitz"dən sonra göndərilən ilk ABŞ təyyarə gəmisi olduğu qeyd edilib.

Oktyabrın 10-da Koreya yarımadasının cənubunda Cənubi Koreya, Yaponiya və ABŞ 7 ildən sonra ilk dəfə birgə dəniz təlimi keçirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu