Keçmiş hakimlər vəkil oldu


Vəkillər Kollegiyası Rəyasət Heyətinin geniştərkibli iclası və vəkilliyə namizədlərin andiçmə mərasimi keçirilib.

AFN.az "Unikal”a istinadən xəbər verir ki, namizədlər sırasında Konstitusiya Məhkəməsinin sədr müavini olmuş Sona Salmanova və əvvəllər hakim işləmiş 6 namizəd də yer alıb.

Belə ki, keçmiş hakimlər - Cavid Hüseynov, Anar Sadıqov, Novruz Kərimov, Coşqun Abdullayev, Mirzə Tağızadə və Füzuli Pənahov artıq vəkil kimi fəaliyyət göstərəcəklər.

Mərasimdə vəkilliyə qəbul edilən digər namizədlər də and içərək fəaliyyətə başlayıblar. Qeyd edək ki, son illərdə vəkillik sahəsində kadr islahatları və peşəkar hüquqşünasların bu sahəyə axını müşahidə olunmaqdadır.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu