Üç tanınmış hakim təqaüdə göndəriləcək


Bakı Ağır Cinayətlər Məhkəməsi üç hakimi ilə yollarını ayıracaq.

Qafqazinfo”nun əldə etdiyi məlumata görə, uzun illərdir eyni məhkəmədə fəaliyyət göstərən hakimlər — Novruz Kərimov, Rasim SadıqovCavid Hüseynov yaş həddi ilə bağlı təqaüdə çıxacaqlar.

Artıq həmin hakimlərin icraatına yeni cinayət işləri verilmir. Onlar araşdırdıqları son işləri yekunlaşdırdıqdan sonra fəaliyyətlərini başa vuracaqlar.

N.Kərimov, R.Sadıqov və C.Hüseynov indiyədək bir sıra səs-küylü cinayət işlərinə baxıblar və bu işlərdə hakim kollegiyasının tərkibində iştirak ediblər.

Qeyd edək ki, ötən gün Bakı Ağır Cinayətlər Məhkəməsinin başqa bir hakimi Anar Sadıqov da öz ərizəsi ilə vəzifəsindən ayrılıb.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu