ABŞ-da qeyri-kənd təsərrüfatı sahəsində məşğulluq gözləntiləri üstələyib



Bazarların maraqla gözlədiyi ABŞ-ın qeyri-kənd təsərrüfatı sahəsində məşğulluq göstəriciləri proqnozları geridə qoyaraq 115 min olaraq açıqlanıb.

AFN.az xəbər verir ki, iqtisadçıların gözləntiləri bu rəqəmin 65 min civarında olacağı yönündə idi.

Ölkədə işsizlik səviyyəsi isə 4,3 faiz təşkil edib.

Orta saatlıq qazanclarda artım 0,3 faizlik gözləntinin altında qalaraq 0,2 faiz səviyyəsində reallaşıb.

ABŞ iqtisadiyyatının canlılığına işarə edən bu rəqəmlərin açıqlanmasından sonra ABŞ birjalarının fyuçers müqavilələri yüksəlişə keçib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu