Avstriyada atışma: azı üç nəfər həlak olub
Avstriyanın Lins şəhərində restoranlardan birinin yaxınlığında atışma baş verib.
AFN.az xəbər verir ki, hadisə zamanı azı 3 nəfər öldürülüb. Bu barədə məlumatı "Reuters" agentliyi yayıb. Yerli polisin verdiyi məlumata görə, qətllərin törədildiyi silah artıq tapılıb.
"Kronen Zeitung" qəzeti hadisənin təfərrüatları barədə yazıb ki, atışma zamanı bir kişi iki qadını öldürüb, daha sonra isə intihar edərək öz canına qıyıb.



