London hücumundan sonra təhlükəsizlik tədbirləri gücləndirilir
Böyük Britaniyanın Baş naziri Kir Starmer Londonun Holders-Qrin rayonunda baş verən bıçaqlı hücumdan sonra "bədxah qüvvələrə" qarşı sərt tədbirlərin görüləcəyini bəyan edib.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, hadisəni "dəhşətli" adlandıran Baş nazir, bunu artan antisemit hücumlarla əlaqələndirib və yəhudi icmasının mühafizəsini gücləndirəcəyinə söz verib. Starmer vurğulayıb ki, hökumət nifrət zəminində törədilən cinayətlərə qarşı dözümsüzdür və küçələrdə təhlükəsizliyin təmin edilməsi prioritetdir.
Xatırladaq ki, 29 apreldə baş verən hücum nəticəsində iki nəfər yaralanıb, şübhəli şəxs isə polis tərəfindən saxlanılıb. Hadisə yəhudi icmasının sıx məskunlaşdığı ərazidə baş verdiyi üçün London polisi tərəfindən xüsusi həssaslıqla araşdırılır.
Britaniya rəsmiləri hadisə ilə bağlı təhlükəsizlik tədbirlərinin, xüsusən də dini ibadət yerləri və təhsil müəssisələri ətrafında artırıldığını qeyd ediblər.
