Finlandiyada ticarət mərkəzinin qarşısında bıçaqlı hücum: 4 nəfər yaralandı

Finlandiyanın Tampere şəhərində yerləşən bir ticarət mərkəzinin qarşısında bıçaqlı hücum baş verib. Hadisə nəticəsində 4 nəfər yaralanıb.
Polis tərəfindən yayılan açıqlamada bildirilib ki, naməlum bir şəxs ticarət mərkəzinin qarşısında bıçaqla insanlara hücum edib. Hadisədən dərhal sonra hücum edən şəxs saxlanılıb. Rəsmilər hadisənin terror və ya separatist motivli olmadığını vurğulayıblar.
Finlandiyanın dövlət xəbər agentliyi YLE hadisə yerində olan şahidlərin ifadələrinə istinadən verdiyi xəbərə görə, saxlanılan şəxsin kişi olduğunu bildirib. Yaralı şəxslərə ilkin tibbi yardım hadisə yerində göstərilib, daha sonra onlar xəstəxanaya yerləşdirilib.
Polis hadisənin baş verdiyi ərazidə, xüsusən də ticarət mərkəzinin ətrafında ciddi təhlükəsizlik tədbirləri görüb. Hadisə ilə bağlı istintaq başladılıb və motivlər araşdırılır.