"Qarabağ"ın futbolçusuna iki oyunluq cəza verildi
"Qarabağ"ın futbolçusu Kadi Borges iki oyunluq cəzalanıb.
Bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb. Buna braziliyalı yarımmüdafiəçinin Misli Premyer Liqasının XX turunda "İmişli" ilə oyunda birbaşa qırmızı vərəqə alması səbəb olub. "Köhlən atlar" ciddi qayda pozuntusu edən oyunçuya görə 1000 manat ödəməli olacaq.
"İmişli"nin legioneri Dioqo Almeyda hakimin qərarına etiraz etdikdən sonra ikinci sarı vərəqəni alaraq meydandan qovulduğu üçün bir matçlıq cəza ilə üzləşib. Bölgə təmsilçisi bu intizam xətasına görə 2500 manat cərimələnib. Bundan əlavə, klub qarşılaşmanın fasiləsində meydana kənar şəxsin daxil olması ucbatından daha 2500 manat ziyana düşüb.
Görüşün sonlarında Ağdam klubunun azarkeşləri pirotexniki vasitədən istifadə ediblər. Bu hal cari mövsümdə üçüncü dəfə təkrarlandığı üçün "Qarabağ" 6000 manat cərimə ödəməli olacaq.

