Pakistan və Əfqanıstan 48 saatlıq atəşkəs barədə razılığa gəliblər


Pakistan və Əfqanıstan növbəti 48 saat ərzində müvəqqəti atəşkəs razılaşması əldə ediblər.

AFN.az-ın xarici mediaya istinadən xəbərinə görə, Pakistan Xarici İşlər Nazirliyi bildirib ki, qarşılıqlı razılıq əsasında Pakistan hökuməti ilə Əfqanıstan Talibanı arasında növbəti 48 saat ərzində atəşkəs razılaşması əldə olunub.

Atəşkəs Bakı vaxtı ilə saat 17:00-da qüvvəyə minib. “Qarşıdakı iki gün ərzində tərəflər konstruktiv dialoq yolu ilə bu mürəkkəb, lakin həll oluna bilən problemin müsbət həllinin tapılması üçün səmimi səylər göstərəcəklər”, – deyə bəyanatda qeyd olunub.

Pakistan-Əfqanıstan sərhədində döyüşlər oktyabrın 15-i səhər saatlarında yenidən başlayıb. PTV-nin məlumatına görə, Pakistan ordusu ölkənin şimal-qərbindəki Hayber-Paxtunxva əyalətində yerləşən Kurram agentliyinin nəzarət-buraxılış məntəqələrinə hücuma cavab olaraq Əfqanıstandakı terrorçuların mövqelərinə zərbələr endirib.

Taliban sözçüsünün müavini Həmdullah Fitrat 12 nəfərin öldüyünü və 100-dən çox yaralının olduğunu bildirib. Atəşkəsin məqsədi gərginliyi azaltmaq və regionda sülh prosesinə təkan verməkdir.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu