İndoneziyada Semeru vulkanında 2 partlayış baş verib


İndoneziyanın Yava adasının şərqində yerləşən Semeru vulkanında iki partlayış qeydə alınıb.

Antara News-in məlumatına görə, Semeru vulkanı müşahidə ofisinin rəsmiləri vulkanın eyni gün ərzində iki dəfə partladığını bildiriblər.

Rəsmi şəxslər qeyd ediblər ki, yerli vaxtla saat 05:01-də baş verən ilk partlayış təxminən 140 saniyə davam edib.

İlk partlayışdan sonra yerli vaxtla 09:28-də ikinci partlayış baş verib və bu partlayış 145 saniyə davam edib. Vulkanın püskürdüyü kül təxminən 500 metr hündürlüyə qalxıb və cənub-qərb istiqamətində hərəkət edib.

Rəsmi şəxslər Semeru vulkanının hələ də “2-ci xəbərdarlıq” səviyyəsində olduğunu bildirir və zirvədən 8 kilometr məsafədə yerləşən Besuk Kobokan bölgəsində cənub-şərq istiqamətində bütün fəaliyyətlərin qadağan edildiyini vurğulayırlar.

“Sakit Okean Alov Halqası” zəlzələ və vulkan kuşağında yerləşən İndoneziyada təxminən 130 aktiv vulkan mövcuddur.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu