Semeru vulkanında ardıcıl 5 püskürmə baş verib
İndoneziyanın Yava adasının şərqində yerləşən Semeru vulkanında ardıcıl 5 püskürmə baş verib.
Antara News-un məlumatına görə, Semeru Vulkanı müşahidə bürosu rəsmiləri Yava adasındakı Malanq və Lumajang bölgələri sərhədində yerləşən vulkanın aktivləşdiyini açıqlayıb.
Müşahidə bürosunun rəsmiləri bildiriblər ki, dünən Semeru vulkanında 5 partlayış baş verib.
Səlahiyyətlilər qeyd ediblər ki, püskürmə nəticəsində dağın saçdığı kül təxminən 900 metrə qədər qalxaraq cənub-qərbə doğru hərəkət edib.
Qeyd edək ki, Semeru vulkanı mayın 6-da püskürüb və ətrafa vulkan külü səpib. Semeru vulkanının aktivlik səviyyəsi 16 dekabr 2021-ci il tarixindən etibarən 3-cü dərəcəli xəbərdarlıq səviyyəsindədir.