Estoniya Rusiya və Belarusdan izobutanın idxalına qadağa qoyub


Estoniya hökuməti Rusiya və Belarusdan izobutan idxalını qadağan edib.

AFN.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə respublikanın xarici işlər naziri Marqus Tsahkna hökumətin mətbuat konfransında bildirib.

“Biz Rusiya və Belarusdan izobutan idxalını qadağan edən reqlamenti təsdiqləmişik. Estoniya bu qərarı milli sanksiyaların bir hissəsi kimi qəbul edib, lakin biz bunu Avropa İttifaqı səviyyəsində də gözləyirik”, - deyə Estoniya mediası onun sözlərindən sitat gətirib.

Nazir əlavə edib ki, Aİ-nin dekabr qadağasına baxmayaraq, Rusiya və Belarusdan LNG idxalı butan adı altında davam edib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu