Trampla Orban Ukraynanın Aİ-yə daxil olması ilə bağlı söhbət ediblər?


ABŞ prezidenti Donald Tramp Macarıstanın baş naziri Viktor Orbana telefonla zəng edərək, Avropa liderlərinin tələbi ilə Ukraynanın Aİ-yə daxil olmasına razılıq verilməsinin zəruriliyinə inandırmağa çalışmayıb.

AFN.az xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto Tramp və Orban arasında telefon danışığı barədə "Bloomberg"in xəbərlərini təkzib edərək deyib.

“Aydınlaşdırmaq istərdim ki, belə bir telefon danışığı olmayıb. Nəinki bu mövzu qaldırıldı, heç söhbət də olmadı”, - deyə XİN rəhbəri "Youtube" platformasında “Döyüşçü saatı” proqramında bildirib.

O, Tramp ilə Orban arasında telefon danışığı barədə xəbərləri indiyə qədər gördüyü ən böyük saxta xəbər adlandırıb. Bu xəbərlərdə iddia edilir ki, Tramp Macarıstan baş naziri ilə söhbət zamanı ondan niyə Ukraynanın AB-yə qəbuluna razılıq vermədiyini soruşub.

Bundan əvvəl "Bloomberg", ardınca digər media orqanları Trampın avqustun 18-də Ağ Evdə bir sıra Avropa ölkəsinin liderlərini, həmçinin Avropa Komissiyası və NATO rəhbərlərini Vladimir Zelenskini qəbul etdikdən dərhal sonra Orbana zəng etdiyini bildirmişdi.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu