İsrail SQ Baş Qərargah rəisi Qəzzaya hücumun planını təsdiqləyib


İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Eyal Zamir Qəzza zolağına qarşıdan gələn hücumun planını təsdiqləyib.

AFN.az yerli mediaya istinadən xəbər verir ki, Zamir bir sıra hərbi komandirlər və kəşfiyyat rəsmiləri ilə əməliyyat görüşü keçirib və bu görüşdə İD-nin Qəzza zolağında fəaliyyət planının ümumi çərçivəsini təsdiqləyib.

Görüşdə İsrail qoşunlarının cari hərəkətləri, o cümlədən Qəzzanın Əz-Zeytun bölgəsində bir gün əvvəl başlayan hücumu müzakirə edilib. "Bundan əlavə, İsrailin siyasi rəhbərliyinin göstərişlərinə uyğun olaraq Qəzza zolağında əməliyyatın sonrakı mərhələləri üçün planın mərkəzi konsepsiyası təqdim edilib və təsdiq edilib. Baş Qərargah rəisi qoşunların hazırlığının artırılmasının və ehtiyatda olan hərbçilərin hərbi xidmətə çağırılmasına hazırlığın vacibliyini vurğulayıb", - deyə məlumatda qeyd edilir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu