“Qarabağ” – “Şkendiya” matçından öncə fan zona təşkil olunacaq

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək “Qarabağ – Şkendiya” (Şimali Makedoniya) matçı öncəsi azarkeşlər üçün xüsusi fan zona təşkil olunacaq.
“Azərsun Holdinq” tərəfindən yaradılan fan zona saat 18:00-dan 20:00-a qədər fəaliyyət göstərəcək. Burada azarkeşləri əyləncəli proqram, müxtəlif oyunlar, DJ performansı və digər maraqlı tədbirlər gözləyir.
Bundan başqa, illərin sevimlisi “Final” çay markası tərəfindən xüsusi fotozona qurulacaq və qonaqlara çay ikram ediləcək.
Xatırladaq ki, “Qarabağ” futbol klubu 2001-ci ildən “Azərsun Holdinq”in himayəsindədir və bu illər ərzində şirkətin dəstəyi ilə böyük uğurlara imza atıb.