ABŞ vitse-prezidenti: Ukraynanı maliyyələşdirməkdən bezmişik


ABŞ-ın vitse-prezidenti Cey Di Vens bildirib ki, Rusiya ilə müharibəsində Ukraynaya maliyyə dəstəyini dayandırmaq və bölgədə sülhün bərqərar olmasını istəyirlər.



Vens “Fox News” telekanalına verdiyi müsahibədə Rusiya-Ukrayna müharibəsinə toxunaraq “Ukraynanın müharibəsini maliyyələşdirməkdən bezmişik. Artıq buna sülh yolu ilə həll tapmaq istəyirik” deyib.



O vurğulayıb ki, ABŞ xalqı da vergilərinin bu müharibəyə xərclənməsindən bezib və Avropa ölkələri məsuliyyət götürməlidir. Vens əlavə edib ki, İngiltərəyə səfəri zamanı da bu mövzunu gündəmə gətirib.



“Avropalılara dediyimiz sadə idi: hər şeydən əvvəl bu müharibə sizin yaxınızda, sizin qapınızın ağzındadır. Sizin irəli çıxıb daha böyük addımlar atmağınız lazımdır. Əgər bu münaqişəni bu qədər önəmsəyirsinizsə, müharibəni daha birbaşa maliyyələşdirməyə hazır olmalısınız”, – deyə Vens qeyd edib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu