Tramp və Mask arasında gərginliklə bağlı ABŞ rəsmilərindən çağırış


ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens və Ağ Evin aparat rəhbəri Syuzan Uayls İlon Maskı ABŞ prezidenti Donald Trampla münasibətləri bərpa etməyə çağırıb.



AFN.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” mənbələrə istinadən məlumat yayıb.



Bildirilir ki, Vens və Uayls iyunun 6-da Maskla telefon danışığı zamanı gərginliyin azaldılmasına çağırıblar. Qəzet qeyd edir ki, Amerika vitse-prezidenti Trampın tərəfində olub, lakin Maskı tənqid etməyib.



Tramp və Mask sosial şəbəkələrdə sərt açıqlamalar verərək bir-birini tənqid ediblər.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu