Tramp: Maskı bağışlaya bilərəm


ABŞ prezidenti Donald Tramp İlon Maskı bağışlaya biləcəyini düşünür.



AFN.az xəbər verir ki, bu barədə o, "New York Post"un "Pod Force One" podkastının efirində deyib. "Mən məyus oldum. Amma baş verənlər oldu. Mən onu günahlandırmıram. Düşünürəm ki, mən Maskı bağışlaya bilərəm, lakin hazırda əsas məsələ ölkəni qaydasına salmaqdır", - deyə Amerika prezidenti vurğulayıb.



Tramp və Mask iyunun 5-də sosial mediada bir-birinin ünvanına sərt fikirlər səsnləndiriblər. İnsident iş adamının Ağ Evin hökumət xərclərinin azaldılması ilə bağlı qanun layihəsini və prezidentin tətbiq etdiyi idxal rüsumlarını tənqid etməsindən sonra başlayıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu