Yekaterinburqda vəhşicəsinə döyülən Ayaz Səfərovun FOTOSU

Xəbər verdiyimiz kimi, Rusiyanın Yekaterinburq şəhərində hüquq-mühafizə orqanları tərəfindən saxlanılan azərbaycanlıların məhkəmə prosesi keçirilir.
“Qafqazinfo”nun məlumatına görə, məhkəməyə gətirilən və barəsində həbs-qətimkan tədbiri seçilən Ayaz Səfərov şiddətli döyüldüyünü bildirib.
İşgəncə izləri Səfərovun üzündə açıq-aydın görünür.
Qeyd edək ki, iyunun 27-də səhər saatlarında azərbaycanlıların yaşadığı 10-dan çox mənzildə keçirilən xüsusi əməliyyat zamanı bir neçə nəfər saxlanılıb. Saxlanılanlar arasında Ağdamdan olan Səfərovlar ailəsinin üzvləri də var. Əməliyyat zamanı iki qardaş – Ziyəddin və Hüseyn Səfərovlar öldürülüb, bir neçə nəfər isə xəstəxanaya yerləşdirilib.
Onlar saxlanılan zaman vəhşicəsinə döyüldüyünü, elektrik cərəyanına verildiyini bildirib.