Azərbaycana təxliyə olunan Almaniya vətəndaşlarına dəstək göstərilib


Səfirliyimizin əməkdaşları bu gün yenidən "Astara” sərhəd-buraxılış məntəqəsi vasitəsilə Azərbaycana təxliyə olunan Almaniya vətəndaşlarına dəstək göstəriblər.



Bu barədə Almaniyanın Bakıdakı Səfirliyinin "X” hesabında paylaşım edilib.



Bildirilib ki, onlarla bərabər, həm də Avropa İttifaqına daxil olan digər ölkələrin vətəndaşları da İrandan Azərbaycana gətirilib.



"Azərbaycan hakimiyyətinin Bakıda və sərhəddə göstərdiyi bütün dəstəyə görə minnətdarıq", - qeyd olunub.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu