Panetta: Tramp İrana hücum etsə, müharibə qaçılmazdır


Amerika lideri Donald Tramp İrana zərbə endirmək qərarına gələrsə, ABŞ Yaxın Şərqdə müharibənin içində olacaq.



AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu Pentaqonun keçmiş rəhbəri və Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş rəhbəri Leon Panetta deyib.



O, CNN-ə verdiyi açıqlamada deyib: "Əgər o, İrana hücum etsə, Birləşmiş Ştatlar özünü regional müharibəyə sürükləyəcəyinə şübhə yoxdur. ABŞ 2003-cü ildə İraqı işğal edərkən dəhşətli səhvə yol verib. Bu işğal Trampa dərs olmalıdır".



Qeyd edək ki, ABŞ prezidenti Vaşinqtonun İrana maksimum iki həftə vaxt verməyə hazır olduğunu deyib: "ABŞ-ın İslam Respublikasına zərbə endirməsinin qarşısını alaraq, Tehranın nüvə inkişafı ətrafında yaranmış böhranı diplomatik yollarla həll etməyə cəhd etməsi üçün İrana iki həftə vaxt verə bilərik".




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu