Elçin Məsiyev Almaniya - İtaliya matçına təyinat aldı

Azərbaycanın FIFA referisi Elçin Məsiyev növbəti dəfə təyinat alıb.
O, Slovakiyada təşkil edilən 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının 1/4 final mərhələsində keçiriləcək Almaniya - İtaliya oyununda dördüncü hakim funksiyasını yerinə yetirəcək. Qarşılaşmanın baş hakimi isə litvalı Manfredas Lukyançukas olacaq.
İyunun 22-də keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Qeyd edək ki, Elçin Məsiyev daha əvvəl Avropa çempionatında Çexiya - İngiltərə (1:3) və Gürcüstan - Portuqaliya (0:4) matçlarını idarə edib.