İsrail İrandakı hərbi obyektlərə yeni hücuma başlayıb

İsrail ordusu İranın mərkəzi və qərb bölgələrində yerləşən hərbi infrastruktur obyektlərinə hava hücumuna başladığını elan edib.
İsrail ordusu tərəfindən İran əleyhinə həyata keçirilən hücumlara dair yazılı açıqlama yayılıb.
Açıqlamada bildirilir ki, İsrail ordusu İranın mərkəzi və qərb hissələrində yerləşən hərbi infrastruktur obyektlərini hədəfə alaraq hava hücumlarına başlayıb, lakin hücumun detalları barədə əlavə məlumat verilməyib.
Hadisə ilə bağlı İran rəsmilərindən isə hələlik heç bir açıqlama verilməyib.