Avstraliyada beyin dalğalarını oxuyan süni intellekt modeli hazırlanıb

Avstraliyalı alimlər geyilə bilən başlıq vasitəsilə beyin dalğalarından keçən düşüncələri aşkarlayaraq onları mətnə çevirə bilən süni intellekt modeli hazırlayıblar.
ABC News-un xəbərinə görə, Sidney Universitetinin tədqiqatçıları dərin öyrənmə üsullarından istifadə edərək beyindəki elektrik fəaliyyətini ölçən, geyilə bilən başlıq formasında elektroensefaloqram (EEG) cihazı üzərində işləyiblər.
Modelin daha asan işləyə bilməsi üçün onu məhdud sayda sözlərlə öyrətdiklərini bildirən tədqiqatçılar, süni intellekt vasitəsilə qeydə aldıqları beyin siqnallarını əvvəlcə sözlərə, daha sonra isə mənalı cümlələrə çeviriblər.
Tədqiqatçılar bu modelin düşüncələri mətnə çevirməsi baxımından hazırda təxminən 75 faiz dəqiqlik əldə etdiklərini, lakin bu göstəricini 90 faizə çatdırmağı hədəflədiklərini qeyd ediblər.
Araşdırmanın tibb sahəsində çığır aça biləcəyini vurğulayan alimlər, süni intellekt modelinin zehni qabiliyyətləri zəifləyən xəstələrə yardım etməklə yanaşı, insanların kompüterlərlə qurduğu ünsiyyətə də işıq tuta biləcəyini bildiriblər.
Tədqiqatçılar hazırladıqları bu süni intellekt modelindən iki insan arasında ünsiyyət üçün istifadə etməyi də planlaşdırdıqlarını açıqlayıblar.