Alimlər fikirləri real vaxtda danışılan sözlərə çevirə bilən cihaz hazırlayıblar


ABŞ-dan olan tədqiqatçılar araşdırmaları çərçivəsində beyin fəaliyyətini səsə çevirən süni intellekt modeli ilə öyrədilən cihazı 18 il əvvəl insult keçirdikdən sonra danışma qabiliyyətini itirmiş 47 yaşlı qadının beyninə yerləşdiriblər.



Alimlər cihazın birbaşa beynin nitq mərkəzinə yerləşdirildiyini və beynin bu hissəsindən gələn siqnalları daim analiz etdiyini bildiriblər.

Tədqiqatçılar müəyyən cümlələri vizuallaşdırarkən xəstənin beynindəki siqnalları elektrodlar vasitəsilə qeyd edib və insultdan əvvəl xəstənin səs yazılarından istifadə edərək yaratdıqları səs sintezatoru ilə fikirləri real vaxtda danışıq sözlərinə çeviriblər.

Hələ eksperimental mərhələdə olsa da, tədqiqatçılar cihazın bir gün danışa bilməyənlərə səs verməyə kömək edə biləcəyini düşünürlər.

Araşdırmanın təfərrüatları "Nature Neuroscience" jurnalında dərc olunub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu