Plastik əməliyyatdan sonra öldü – Həkim səhlənkarlığı iddiası


Rusiya vətəndaşı olan Arzu Sadıqova "Mərcan" klinikasında ümumi cərrah, eyni zamanda "MedAura" klinikasının baş həkimi Nigar Məmmədova tərəfindən icra olunan abdominoplastika və liposaksiya əməliyyatından sonra ölüb.



AFN.az xəbər verir ki, bu barədə vəfat edən pasiyentin yaxınları anews.az-a şikayətində bildirib.



“Arzu Sadıqova Rusiya vətəndaşıdır. Bakıda olarkən bir neçə gün öncə - iyunun 12-də "Mərcan" klinikasında abdominoplastika əməliyyatı keçirib. Bir gün sonra halı pisləşib, yenidən əməliyyata salıblar. Qanaxmaya düşən bacım elə orada ölüb. Bacımın heç bir xəstəliyi olmayıb. Sadəcə həkim səhlənkarlığı ucbatından ölüb”, deyə pasiyentin bacısı bildirib.



Nigar Məmmədova həm "Mərcan" klinikasında fəaliyyət göstərir, həm də "MedAura" klinikasının baş həkimidir.



Məsələ ilə bağlı həkim Nigar Məmmədovanın rəsmi səhifəsində yerləşdirdiyi əlaqə nömrəsinə zəng edilsə də, həmin nömrənin təyin olunmadığı deyilib.



"Mərcan" klinikasından bildirilib ki, məsələ ilə bağlı klinikanın mövqeyi olduğu təqdirdə əlavə məlumat veriləcək. Klinikadan qeyd olunub ki, ekspertiza rəyi açıqlandıqdan sonra açıqlama veriləcək.



Baş verən ölüm faktı ilə bağlı Baş Prokurorluğa sorğu göndərilib.



Xüsusi Təftiş Komissiyasının müvafiq qərarları ilə sənədlərinin əsaslılığı təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyətinə icazə verilən həkim-mütəxəssislərin Siyahısı”nda Nigar Məmmədovanın adı yer almayıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu