Matteo Doretto qəza nəticəsində dünyasını dəyişdi - Polşada


İtalyan avtomobil yarışçısı Matteo Doretto Polşada keçiriləcək Avropa rallisi çempionatının mərhələsi öncəsi test yürüşü zamanı baş vermiş qəza nəticəsində həyatını itirib.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

İtalyan ralçının sürücüsü Samuele Pelleqrino müayinə üçün xəstəxanaya aparılsa da, xəsarət almayıb.

Matteo Doretto 21 yaşında idi və 2024-cü ildə İtaliya juniorlar arasında çempion olaraq Avropa çempionatında iştirak etmək hüququ qazanmışdı.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu