İsrail Qəzzada məktəbə zərbə endirdi: 36 nəfər ölü


İsrailin Qəzzada məktəbə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 36 nəfərdir.

AFN.az xəbər verir ki, Livanın "Al Mayadeen" telekanalının məlumatına görə, İsrailin Qəzza zolağında yerləşən Fəhmi əl-Cərcəvi məktəbinə endirdiyi hava zərbəsi nəticəsində ölənlərin sayı 36 nəfərə çatıb.

Digər mənbə — "Əl-Cəzirə" telekanalı isə hadisə nəticəsində ən azı 25 nəfərin öldüyünü bildirir. Onların arasında bir neçə uşaq, bir jurnalist və iki humanitar işçi olduğu qeyd olunur.

Zərbəyə məruz qalan binanın qaçqın və köçkünlərin sığındığı məkan olduğu vurğulanır.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu