ABŞ-ın Yəmənə hücumu nəticəsində ölənlərin sayı 12-yə çatıb

ABŞ-ın Yəmənin paytaxtı Sənaya endirdiyi hava zərbəsi nəticəsində ölənlərin sayı 12-yə çatıb.
Yəməndə İranın dəstəklədiyi husilərə məxsus Əl-Məsirə telekanalının məlumatına görə, ABŞ döyüş təyyarələrinin paytaxt Sənanın Beni Haris rayonunun Sukban bölgəsinə təşkil etdiyi hücumda ölənlərin sayı 12 nəfərə çatıb.
ABŞ-ın bazar günü sözügedən bölgədə 3 evi hədəfə aldığı hücumda aralarında qadın və uşaqların da olduğu 8 nəfərin öldüyü, çox sayda insanın isə yaralandığı bildirilib.