ABŞ Yəmənin Səna və Əmran şəhərlərinə 7 hava zərbəsi endirib

ABŞ-ın Yəmənin Amran və Səna şəhərlərinə 7 hava hücumu təşkil etdiyi açıqlanıb.
Yəməndə İranın dəstəklədiyi husilərə məxsus Əl-Məsirə telekanalının məlumatına görə, ABŞ döyüş təyyarələri paytaxt Sənanın Nukm dağının şərqindəki Berraş bölgəsinə 4, Amran şəhərinin Harf Süfyan bölgəsinə isə 3 hava hücumu həyata keçirib.
Hücum nəticəsində ölən və ya yaralananların olub-olmadığı barədə məlumat verilməyib.
Qeyd edək ki, Husilər daha əvvəl Askalan bölgəsində ABŞ-ın təyyarədaşıyan USS Harry S. Truman gəmisinə və kritik hədəfə hücum etdiklərini açıqlamışdı.
Husilər həmçinin bildiriblər ki, ABŞ raketinin Saada şəhərində qeyri-qanuni afrikalı mühacirlərin yaşadığı binaya düşməsi nəticəsində 68 nəfər həlak olub.