Papanın ölümü ilə əlaqədar Romada təhlükəsizlik tədbirləri gücləndirilir

Romada polis Papa Fransiskin ölümündən sonra daha yüksək təhlükəsizlik protokoluna keçib.
AFN.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə İtaliya paytaxtının prefekturasından məlumat verilib. Bildirilir ki, Müqəddəs Pyotr meydanı xüsusi nəzarətə götürülüb.
Qeyd edildiyi kimi, hər əsrin dörddə birində bir qeyd olunan Xristian Yubiley İli ilə əlaqədar Romada artıq gücləndirilmiş təhlükəsizlik tədbirləri həyata keçirilirdi. Bununla əlaqədar artıq zəvvar axını müşahidə olunur. Papanın ölümü ilə onların sayının artacağı, o cümlədən konklavda seçiləcək yeni papanın qarşılanması gözlənilir.
Fransisk Romadakı dörd papa bazilikasının hamısında Müqəddəs Qapıları açmağı bacardı. Onlar ilin sonuna qədər açıq olacaq. Yubiley tədbirləri Roma Katolik Kilsəsinin növbəti rəhbəri tərəfindən bağlanacaq.